Qarabağ”la oyun öncəsi “Liverpul”un heyətlə bağlı ciddi problemləri var.
Msport.az xəbər verir ki, İngiltərə klubunun 5 futbolçusu zədəlidir.
Ötən həftəsonu komandanın daha bir oyunçusu sıradan çıxıb. “Bornmut”la Premyer Liqa oyununda (2:3) qapıçı Alissonla toqquşmadan sonra Co Qomez zədələnərək meydanı tərk edib. Onun Azərbaycan çempionuna qarşı oynaması sual altındadır.
İbrahima Konate atasının vəfatı səbəbindən hələ də komandadan kənarda qaldığı üçün Slot bu oyun üçün cəmi bir əsas mərkəz müdafiəçisinə sahibdir – kapitan Vircil van Deyk.
Qeyd edək ki, daha 2 müdafiəçi – Covanni Leoni və Konor Bredli də zədəlidir.
Federiko Kyezanın da durumu sual altındadır. Onun “Bornmut”la oyunda iştirakı “50/50” şans kimi dəyərləndirilsə də, matçın iştirak ərizəsinə salınmamışdı.
Qeyd edək ki, UEFA Çempionlar Liiqasının “Liverpul” – “Qarabağ” oyunu yanvarın 29-da Bakı vaxtı ilə saat 00:00-da başlanacaq