RU

Sol zolaqda asta gedən sürücü ötmə edənlərin yolunu kəsdi 77 XL 007 VİDEO

Avtosfer saytına istinadən ain.az xəbər verir.

Bakı-Ələt yolunda qayda pozan sürücünün hərəkətləri avtomobildəki kameraya qeyd olunub. Avtosfer.az xəbər verir ki, hadisə yanvarın 3-də qeydə alınıb. Belə ki, 77-XL-007 qeydiyyat nişanlı "Hyundai" markalı avtomobilin sürücüsü yolun hərəkət hissəsində yerləşmə qaydasını pozub. Sağ zolaq boş olsa da, sürücü sol zolaqla hərəkət edərək arxadan gələn avtomobillərin yolunu kəsib. Bu səbəbdən sürücülər onu sağdan ötməyə məcbur olublar.

"Yol hərəkəti haqqında" qanunun 49-cu maddəsində qeyd olunub ki, yaşayış məntəqələrindən kənarda sağ zolaq boş olduğu halda sol zolaqlarla hərəkət etmək qadağandır.

Fərid

Oxunub 358

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
20
avtosfer.az

1Источники