RU

Bəzi qadınlara hamiləlik dövründə sağlamlıqdan çox doğuşdan sonrakı “parti”lər maraqlıdır – Təranə Rəcəbli

Bakı. Trend:

Səhiyyə Nazirliyinin İctimai Sağlamlıq və İslahatlar Mərkəzi(İSİM) tərəfindən bu məqsədlə mobil tətbiqlər yaradılıb.2022–2026-cı illər üzrə sosial-iqtisadi inkişaf strategiyasındahəmin mobil tətbiqlərə əlçatanlığın artırılması bir sıra qurumlartərəfindən qarşıya qoyulan əsas məqsədlərdən biridir.

Bunu Trend-əmüsahibəsində TƏBİB-in Doğuşayardım Komissiyasının sədri TəranəRəcəbli bildirib.

Onun sözlərinə görə, hamilələr və ana olmağa hazırlaşan qadınlaröz sağlamlıqlarına ciddi yanaşmalıdırlar:

“Bu tətbiqlərə nümunə olaraq “Burla Xatun” mobil applikasiyasınıqeyd etmək olar. Biz ilkin səhiyyə xidmətinin hesabatlarında buapplikasiyaların təbliği ilə bağlı məlumatların təqdim olunmasınıtələb edirik. Hər bir hamilə qadın bu tətbiqlər vasitəsiləhamiləlik dövründə və hamiləlikdən sonrakı mərhələdə həm özünə, həmdə körpəsinə qulluqla bağlı mühüm məlumatlar əldə edə bilər.

TƏBİB hər altı aydan bir doğuşayardım müəssisələrindən hesabatalarkən mobil applikasiyalardan istifadə göstəricilərinə də xüsusidiqqət yetirir. Hazırda doğuş, doğuşayardım, körpələrə qulluq vəmüxtəlif xəstəliklərlə bağlı ümumilikdə 13 mobil applikasiyaistifadəyə verilib. Bu tətbiqlər vasitəsilə qadınlar zəruri vəetibarlı məlumatlarla təmin oluna bilərlər. Təəssüf ki, bəzihallarda qadınlar bu cür maarifləndirici tətbiqlərdən vəməlumatlardan istifadə etməkdənsə, doğuşdan sonrakı mərasimlərə və“parti”lərə daha çox maraq göstərirlər”, həkim qeyd edib.

Избранный
11
3
az.trend.az

4Источники