RU

DTX Bakıda terror hazırlığını ifşa etdi – VİDEO

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilmiş əməliyyat-istintaq tədbirləri zamanı Bakı şəhərində xarici ölkənin səfirliyinə terror hücumu hazırlayan üç nəfər saxlanılıb.

Doğru.az xəbər verir ki, saxlanılanlar 2000-ci il təvəllüdlü İlqar Quliyev (“Abu Zər əl-Mühacir”), 2005-ci il təvəllüdlü Amin Piriyev (“Abdurəşid”) və 2005-ci il təvəllüdlü Elvin Əlizadə (“Abdurrahman əl-Azəri”)dir. Onlar İŞİD-in “Vilayəti-Xorasan” qruplaşmasının üzvləri ilə əlaqədə olub, qabaqcadan əlbir olaraq səfirliyə silah qismində istifadə olunan predmetlərlə yaxınlaşarkən DTX əməkdaşları tərəfindən saxlanılıblar.

Faktla bağlı şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət məsuliyyətinə cəlb olunub və barələrində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

DOĞRU.AZ

Избранный
18
8
dogru.az

10Источники