RU

Ağ Ev: Daha 20 ölkə Trampın Sülh Şurasına qoşulub

ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ağ Ev, daha 20 ölkənin ABŞ Prezidenti Donald Trampın rəhbərlik etdiyi Sülh Şurasına qoşulma qərarı verdiyini açıqlayıb. Lakin bu ölkələrin adları hələlik açıqlanmayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Ağ Ev sözçüsü Karolin Livitt jurnalistlər üçün keçirdiyi brifinqdə məlumat verib.

Livittin sözlərinə görə, BMT Təhlükəsizlik Şurasından Gəzzada vəziyyəti monitorinq etmək üçün yalnız iki il müddətinə mandat alan "Sülh Şurası", Tramp administrasiyasının məqsədinə uyğun olaraq yalnız bu münaqişə ilə məhdudlaşmayacaq. Şura, digər beynəlxalq münaqişələrin həlli üçün də istifadə ediləcək. Lakin bu yanaşma bir sıra Qərb ölkələrinin etirazlarına səbəb olub. Onlar, Şuranın faktiki olaraq BMT-nin funksiyalarını təkrarlayacağını və ya əvəz edəcəyini düşünürlər.

Ağ Evdə çıxış edən Livitt, eyni zamanda, son israilli əsirin Qəzzadan azad edilməsini Prezident Trampın xarici siyasətinin "böyük bir uğuru" olaraq qiymətləndirib. Bu, həm İsrail, həm də ümumilikdə beynəlxalq icma üçün əhəmiyyətli bir hadisədir.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
14
bizimyol.info

1Источники