RU

Elm adamları Marsı yaşayışa yararlı planetə çevirməyin yolunu açıqladılar

Bizimyol saytına istinadən ain.az xəbər verir.

Elm adamları, teorik olaraq, bəşəriyyətin Marsı, insanlar üçün yaşana biləcək bir planetə çevirməsinin mümkün olduğunu iddia edirlər.

Bizimyol.info xəbər verir ki, bu barədə, "Nature Astronomy" jurnalında dərc edilmiş araşdırma məqaləsində, "Pioneer Research Labs" və digər elmi institutların alimləri tərəfindən təqdim edilən yeni bir plan açıqlanıb.

"Pioneer Labs"dan olan doktor Erika DeBenediktes bildirir ki, tərarformasiya - bir planetin şəraitini dəyişdirərək onu həyat üçün uyğun hala gətirmək - artıq fantastika kimi qəbul edilmir. Texnoloji tərəqqi, o cümlədən "SpaceX Starship" kimi layihələr sayəsində raketlərin uçuş xərclərinin azalması və biotexnologiyaların inkişafı, uzunmüddətli elmi strategiyalar üçün möhkəm bir baza yaradıb.

Təklif olunan plan bir neçə mərhələdən ibarətdir. İlk mərhələdə Marsın temperaturunun artırılması nəzərdə tutulur; bu məqsədlə aerosollar və ya istixana qazları istifadə ediləcək. Nəticədə, planetdəki böyük buz təbəqələri əridiləcək və 4 milyon kvadrat kilometr sahəni əhatə edən okeanlar yaranacaq. Sonra isə ekstremal şəraitlərdə yaşaya bilən mikroorqanizmlər Marsa gətiriləcək ki, onlar tədricən atmosferi dəyişdirsinlər.

Son mərhələ isə yüzlərlə, hətta minlərlə il çəkə bilər. Bu mərhələdə Marsda oksigenli atmosfer yaradılması planlaşdırılır. Elm adamları fotosintez həyata keçirə biləcək qurğular və ya suyun elektrolizi ilə bu prosesi başlatmağı təklif edirlər. Növbəti addımda isə bitkilər bu qurğulardan kənara yayılacaq. Alimlərin proqnozlarına görə, oksigenin təbii yığılması prosesi təxminən 1000 il çəkə bilər.

Bununla belə, planın həyata keçirilməsi hələ çoxlu suallar doğurur. Məsələn, Marsın buz təbəqələrinin altında nələrin gizləndiyi, istiləşmə nəticəsində toz fırtınalarının dinamikasının necə dəyişəcəyi və suyun elektrolizinə kifayət qədər resursun olub-olmayacağı kimi məsələlər hələ cavablandırılmayıb. Həmçinin, alimlər etik məsələlərə də diqqət çəkirlər: tərarformasiya, Marsda mövcud ola biləcək yerli həyat formalarının məhv olmasına və planetin tarixinin öyrənilməsinin çətinləşməsinə səbəb ola bilər.

Araşdırma müəllifləri əlavə edirlər ki, Marsın kolonizasiyası üçün hazırlanmış texnologiyalar, eyni zamanda Yer üzündə də faydalı ola bilər. Məsələn, bağlanmış ekosistemlərin yaradılması kimi layihələr, yer üzündəki iqlim və ekoloji problemlərin həllinə dəstək ola bilər.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
12
icma.az

1Источники