RU

Əliməmməd Nuriyev daxili təhlükəsizlik sahəsində son illərin əsas trendlərini AÇIQLADI

Müasir dövrdə daxili təhlükəsizlik yalnız cinayətə reaksiya deyil, risklərin qabaqlanması və sosial sabitliyin qorunması kimi çoxşaxəli yanaşmanı əhatə edir. 2023–2025-ci illərdə ölkədə ümumi cinayətlərin sayı təxminən 13, 6 faiz azalıb və 2025-ci ildə cinayətlərin 90,5 faizi açılıb. Ağır və xüsusilə ağır cinayətlərin, eləcə də qəsdən adam öldürmə hallarının azalması təhlükəsizlik siyasətinin real nəticələrini göstərir.

QHT.az xəbər verir ki, bu fikirləri “Konstitusiya” Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib. Onun sözlərinə görə, mütəşəkkil cinayətkarlığa qarşı sistemli mübarizə risklərin dərinləşməsinin qarşısını alıb. Narkotiklərlə mübarizədə dövriyyədən çıxarılan maddələrin həcmi artıb ki, bu da nəzarət və aşkarlama imkanlarının gücləndiyini sübut edir. Xüsusilə rəqəmsal mühitdə narkotik satışının aşkar olunması yeni təhlükəsizlik yanaşmasının formalaşdığını göstərir:

"Sosial risklər, o cümlədən erkən nikah və qız qaçırma hallarına qarşı hüquqi mövqe sərtləşdirilib. Kibercinayətkarlıqla mübarizə çərçivəsində minlərlə internet resursu və sosial şəbəkə hesabı bloklanıb. Yol hərəkəti təhlükəsizliyi sahəsində də qəza və ölüm hallarında azalma qeydə alınıb. Ümumilikdə, rəqəmlər daxili təhlükəsizlik siyasətinin risklərin idarə olunmasına və ictimai etimadın güclənməsinə yönəldiyini göstərir".

 

Pərvanə Fərhadqızı

Избранный
42
qht.az

1Источники