“Azəriqaz” fəhlələri ixtisar edir, bu xanımlara isə yüksək vəzifə verir – FOTO
SOCAR-da 2025-ci ilin əvvəlindən kütləvi ixtisarların (“optimallaşma”, “təşkilatı sağlamlaşdırma”, 50+, 60+ yaşlarında işçilərə müxtəlif üsullarla işdənçıxma ərizəsi yazdırılması və s.) aparılması nəticəsində çoxlu sayda insan işsiz qalıb.
Busaat.az Tribuna.az-a istinadən xəbər verir ki, bu barədə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı bildirib. O qeyd edib ki, ixtisarlar əsasən fəhlə katoqoriyalarına tədbiq olunub:
“İxtisarlar vaxtı Baş ofisə, idarəetmə aparatlarına, yüksək vəzifələrə (müşavirlər, müavinlər) işçi qəbulu davam edib. Yəqin ki, sonda SOCAR hesabatlarında ixtisar olunan işçilərin sayı, könüllü, öz ərizəsi ilə işdən çıxanların sayı ilə tənzimlənəcək. Və əvəzində yeni işçi qəbulunu göstərəcəklər.
Baxin, “Azəriqaz” İB-də aparılan ixtisarlar zamanı çoxlu sayda insan işsiz qaldı. 80-ə yaxın xadimə qadın ixtisar olundu. Verilən məlumata görə də guya imtahan suallarına cavab verə bilməyiblər. Əvəzində isə yüksək vəzifələrə yeni işçilər qəbul olunub. Niyə?”.
M.Qəhrəmanlı bildirib ki, ixtisarların ardınca dekabr ayında 5 nəfər qadın yüksək vəzifəyə təyin olunub:
“20 il isləmiş adam bir vakansiya müraciət edəndə cavab gəlir ki, sizin bu vakansiya üzrə əmək stajınız uyğun gəlmədi. Bəs bu xanımların görəsən o sahədə təcrübəsi varmı?”.
M.Qəhrəmanlının sualına cavab tapmaq üçün adı keçən dövlət qurumları ilə əlaqə yaratmağa çalışdıq. Heç birindən telefon zənglərimizə cavab verən olmadı.
Qarşı tərəfi dinləməyə hazırıq.

