RU

Rütte: Kiyev üçün silah məhdudiyyətlərinin aradan qaldırılması üzərində işləyirik...

NATO-nun baş katibi alyans ölkələrini Ukraynaya silahları məsafə məhdudiyyəti olmadan verməyə çağırıb…

NATO-nun baş katibi Mark Rütte Ukraynaya tədarük edilən uzaqmənzilli silahların istifadəsinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması məsələsi ilə bağlı Şimali Atlantika alyansına üzv ölkələrin liderləri ilə pərdəarxası məsləhətləşmələr apardığını açıqlayıb. 

Poliqon xəbər verir ki, Rütte bu barədə Avropa Parlamentinin xarici işlər komitəsinin deputatları ilə keçirilən müzakirə zamanı danışıb. Məlumata görə, Rütte alyans ölkələrinə Ukraynaya verilən silahların tətbiqinə dair məhdudiyyətlər qoymamağı tövsiyə edir.

NATO baş katibinin sözlərinə görə, əgər ölkələr öz silah sistemlərini Ukraynaya tədarük edirlərsə, Kiyevin həmin silahlardan real və effektiv şəkildə istifadə edə bilməsi üçün məsafə və digər texniki məhdudiyyətlər aradan qaldırılmalıdır. O bildirib ki, konkret hansı silahların verilməsi ilə bağlı qərarları şərh etmək onun səlahiyyətində deyil və bu məsələdə yalnız səssiz diplomatik fəaliyyət göstərə bilər.

Mark Rütte yanvarın 13-də verdiyi başqa açıqlamada isə Avropada Ukrayna üçün silah ehtiyatlarının faktiki olaraq tükəndiyini, lakin ABŞ-nin hələ müəyyən resurslara malik olduğunu qeyd etmişdi. Onun sözlərinə görə, üç-dörd il davam edən müharibə nəticəsində Avropa ölkələrinin əhəmiyyətli silah ehtiyatları ya məhv edilib, ya da tükənib və bu səbəbdən Ukraynaya dəstək məsələsində daha çox ABŞ-nin mövcud ehtiyatlarına güvənmək zərurəti yaranıb.

Bununla yanaşı, dekabrın sonunda Almaniya Bundestaqının vitse-prezidenti və “Yaşıllar” Partiyasının keçmiş rəhbəri Omid Nuripur açıqlama verərək Almaniya kansleri Fridrix Mertsin (Merts) hakimiyyətə gəlməzdən əvvəl əvvəlki hökumət başçısından tələb etdiyini indi özünün yerinə yetirməli olduğunu bildirib. Nuripurun sözlərinə görə, kansler Merts Ukraynaya “Taurus” qanadlı raketlərinin verilməsi ilə bağlı qərar qəbul etməlidir.

Poliqon.info

Избранный
20
poliqon.info

1Источники