RU

18 ölü, yüz minlərlə zərərçəkən var -

ABŞ-də qar fırtınası və soyuqlar səbəbindən 18 nəfər ölüb.Metbuat.az xəbər verir ki, təbii fəlakətdən yüz minlərlə insan zərər çəkib. 17000-dən çox uçuş ləğv edilib. Böyük şəhərlərdə məktəblər ya bağlanıb və distant təhsilə keçib. Yerli dairələr əlverişsiz hava şəraitinin günlərlə və hətta həftələrlə davam edə biləcəyini irəli sürüb. Təbii fəlakətdən 90 milyon insanın zərər çəkə biləcəyi bildirilib. Məlumata görə, Tennessi ştatında hava şəraiti ilə bağlı səbəblərdən üç nəfər ölüb və bununla da soyuq və qar fırtınasından ölənlərin sayı 11-ə çatıb. Vaşinqtonda 10 santimetrə, Nyu-York və Nyu-Cersidə isə 30 santimetrə qədər qar yağacağı proqnozlaşıdırılıb.

ABŞ Milli Hava Xidməti ölkədə 213 milyon insanın cənub ştatlarında təhlükəli buzlanma və şimal-şərq ştatlarında qar fırtınaları səbəbilə çətinliklə üzləşdiyini bəyan edib. Əksər ştatlarda fövqəladə vəziyyət elan edilib.

Избранный
82
metbuat.az

1Источники