RU

​İmamoğlunun sevgilisi olduğu deyilən qadın danışdı

Türkiyənin məşhur voleybolçusu Derya Çayırgan sükutu pozub. İstanbul bələdiyyəsinin həbsdə olan sədri Əkrəm İmamoğlunun istintaqı çərçivəsində ifadəsi alınan idmançı yerli mediada əleyhinə yazılan ittihamları rədd edib. Metbuat.az xəbər verir ki, Çayırgan heç bir qanunsuz əməl törətmədiyini bildirib. Voleybolçu İstanbul bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun ona ev bağışladığına dair xəbərlərin həqiqəti əks etdirmədiyini deyib: "Mən professional idmançıyam. Həmişə yüksək maaş almışam. Qazancımı daşınmaz əmlak bazarına yatırtmişam. Bir neçə evim var. Bu evlərin hamısını meydanda axıtdığım tərin hesabına almışam". Məşhur idmançı Əkrəm İmamoğlunun sevgilisi olmadığını vurğulayıb. O, bu iddiaları "çirkin iftira" adlandırıb: "Məqsəd məni ləkələməkdir. Ailəm bu dedi-qodudan çox sarsılıb".

Deyra Çayırgan bu xəbərləri yazan saytları məhkəməyə verdiyini açıqlayıb: "Onlar barəsində xüsusi ittiham qaydasında məhkəməyə şikayət etmişəm. Bu yaramaz xəbərləri yazanların hamısını həbs etdirəcəyəm".

Избранный
25
8
metbuat.az

9Источники