RU

"Türkiyə İrana xarici müdaxilənin qəti əleyhinədir" - Çelik

Türkiyə İrana yönələn istənilən xarici müdaxilənin qəti əleyhinədir.

"Unikal" xəbər verir ki, bunu hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik bildirib.

Onun sözlərinə görə, İrana qarşı mümkün xarici müdaxilələr ciddi narahatlıq doğurur və Ankara bu cür ssenariləri yanlış hesab edir. Çelik vurğulayıb ki, tarix boyu xarici müdaxilələr heç vaxt uğurlu nəticə verməyib:

“İrandakı vəziyyəti böyük narahatlıqla izləyirik. İrana hər hansı xarici müdaxilənin qəti əleyhinəyik. Bu, son dərəcə yanlış olar. Həm birbaşa xarici müdaxilə, həm də xarici müdaxilə yolu ilə çevriliş cəhdi İran üçün çox ciddi və problemli nəticələr doğurar. Burada İran xalqının iradəsinə hörmət göstərilməlidir”.

AKP sözçüsü qeyd edib ki, ölkə rəhbərlərinin hədəfə alınması və ya silah yolu ilə rejim dəyişdirmə cəhdləri, o cümlədən digər ölkələrin təcrübəsində olduğu kimi, heç bir yerdə çıxış yolu olmayıb və əksinə, daha dərin böhranlara səbəb olub.

Избранный
28
50
unikal.az

10Источники