RU

Marqarita Simonyanın son halı – kimyaterapiya alır

RT-nin baş redaktoru Marqarita Simonyan kimyaterapiyadan sonra çəkilmiş şəklini paylaşaraq insanları heç nədən qorxmamağa çağırıb.

Rusiyanın aparıcı təbliğatçılarından biri olan Marqarita Simonyanın sosial mediadakı paylaşımının məzmunu aşağıdakı kimi olub: “Heç nədən qorxmayın. Tanrı var və ölüm yoxdur”.

Simonyan, ona döş xərçəngi diaqnozu qoyulması və əməliyyat olunmasından bəhs edib.

Ötən ilin sentyabr ayında Simonyanın əri, televiziya aparıcısı və təbliğatçısı Tiqran Keosayan ölüb.

Bu qadın Azərbaycana, Ukraynaya, Qərb dövlətlərinə, eləcə də Ermənistan hakimiyyətinə qarşı hirs-hikkəli çıxışları, kateqorik ifadələri ilə tanınır.

Musavat.com

Избранный
16
editor.az

1Источники