Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) vitse-prezidenti seçilib.
Xezerxeber.az xəbər verir ki, o bu barədə öz "Facebook" səhifəsində məlumat yayıb.
Rubinyanın sözlərinə görə, o, Ermənistana ayrılmış kvota üzrə vitse-prezident seçilib.
Qeyd edək ki, Avstriyadan olan deputat Petra Bayr Avropa Şurası Parlament Assambleyasının 36-cı prezidenti seçilib.