RU

Azərbaycan ilə İsrail arasında ticarət və investisiya imkanları genişləndirilir

Bakı. Trend:

İsrailin xarici işlər naziri Gideon Saar ilə görüşdə və Bakıdatəşkil edilən Azərbaycan-İsrail biznes forumunda iki ölkə arasındaiqtisadi əlaqələrin genişləndirilməsi və yeni tərəfdaşlıq imkanlarımüzakirə olunub.

Trend xəbər verir ki, bubarədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov İsrailin xarici işlərnaziri Gideon Saar ilə görüşüb.

Görüşdə Azərbaycan və İsrail arasında iqtisadi əməkdaşlığınyüksələn xətlə inkişaf etdiyi vurğulanıb. Müxtəlif istiqamətlərüzrə birgə fəaliyyətin gücləndirilməsi üçün böyük potensial var.Tərəflər iqtisadi işbirliyinin hüquqi bazasının möhkəmləndirilməsi,ticarət dövriyyəsinin artırılması, sənaye, kənd təsərrüfatı,enerji, yüksək texnologiyalar və digər sahələrdə əməkdaşlığınperspektivlərini müzakirə ediblər. Birgə investisiya layihələrininicra vəziyyəti nəzərdən keçirilib.

Bakıda Azərbaycan-İsrail biznes forumu keçirilib. Tədbirdə həriki ölkədən rəsmi şəxslərlə yanaşı, sənaye, tikinti, əczaçılıq,kənd təsərrüfatı, texnologiyalar, su təchizatı və idarəçiliyi,nəqliyyat-logistika, kibertəhlükəsizlik, bankçılıq, turizm və digərsahələrdə fəaliyyət göstərən 100-dən çox şirkət nümayəndəsi iştirakedib.

Forumda iqtisadiyyat naziri Mikayıl Cabbarov ölkələrimizarasında əməkdaşlığın qarşılıqlı etimad üzərində qurulduğunuvurğulayıb. Qeyd olunub ki, yüksək səviyyəli təmaslar ikitərəflimünasibətlərin möhkəmləndirilməsində önəmli rol oynayır. Ötən həftəDavosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan vəİsrail prezidentlərinin görüşü zamanı ikitərəfli gündəliyimizləbağlı məsələlərin müzakirə olunduğu bildirilib.

İsrail ilə geniş spektrli sahələr üzrə qarşılıqlı faydalıtərəfdaşlıq formalaşıb. Bununla yanaşı, ölkələrimiz arasındaenerji, ticarət, investisiya, kənd təsərrüfatı, əczaçılıq,nəqliyyat və digər sahələrdə işbirliyinin təşviqi üçün genişimkanlar var.

İqtisadiyyat naziri Azərbaycanın cəlbedici investisiya mühiti,investorlar üçün yaradılan imkanlar haqqında məlumat verib, forumdaaparılan müzakirələrin yeni təşəbbüslərin gerçəkləşdirilməsinə,işgüzar əlaqələrin dərinləşdirilməsinə töhfə verəcəyinə inamınıifadə edib.

İsrailin xarici işlər naziri Gideon Saar Azərbaycan-İsrailmünasibətlərinin dinamik inkişafını yüksək qiymətləndirib, biznesdairələri arasında birbaşa əlaqələrin genişləndirilməsininəhəmiyyətini qeyd edib. İqtisadi əlaqələrin daha dadərinləşdirilməsi üçün mütəmadi dialoqun və birgə layihələrinartırılmasının vacibliyi vurğulanıb.

AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev İsraillə iqtisadiəməkdaşlığın inkişafında təşkil edilən tədbirlərin, işgüzarəlaqələrin töhfələrini qeyd edib, biznes tərəfdaşlığı haqqındafikirlərini bölüşüb.

Tədbirdə Ələt Azad İqtisadi Zonası, İqtisadi Zonaların İnkişafıAgentliyi və AZPROMO nümayəndələri tərəfindən Azərbaycanın Xəzərregionunda strateji biznes mərkəzi kimi rolu, ölkəmizin investisiyapotensialı barədə təqdimatlar keçirilib.

Forum çərçivəsində Azərbaycan Respublikası Sahibkarlar(İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə İsrailİstehsalçılar Assosiasiyası arasında Anlaşma Memorandumuimzalanıb.

Tədbir zamanı B2B və B2G görüşlər təşkil olunub.

Избранный
51
10
az.trend.az

10Источники