RU

Qvardiolanın yerinə gələcək məşqçinin adı açıqlandı

“Mançester Siti”nin məşqçisi Pep Qvardiola mövsümün sonunda klubdan göndərilə bilər. Metbuat.az xəbər verir ki, məşqçinin klubla müqaviləsi 2027-ci ildə yekunlaşsa da, tərəflər mövsümün sonunda yollarını ayıra bilər. “beINSPORT”a danışan mənbənin iddiasına görə, Pep Qvardiolanın yerinə mövsümün sonunda “Çelsi”nin işdən çıxardığı Enzo Mareska gətirilə bilər. İddia edilir ki, Enzo Mareska ilə razılıq əldə edilməsə, “Bavariya”nın məşqçisi Vinsent Kompani “Mançester Siti”yə rəhbərlik edə bilər.

Qeyd edək ki, İngiltərə Premyer Liqasında “Mançester Siti” 50 xal toplayan lider “Arsenal”dan 7 xal geridə qalaraq ikinci yerdə qərarlaşıb.

Избранный
41
8
metbuat.az

10Источники