RU

Azərbaycan Sahibkarlar Konfederasiyası ilə İsrail İstehsalçılar Assosiasiyası arasında sənəd imzalanıb

Azərbaycanın Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə İsrail İstehsalçılar Assosiasiyası (MAI) arasında Anlaşma Memorandumu imzalanıb.

AZƏRTAC xəbər verir ki, sənəd Azərbaycan-İsrail biznes forumu çərçivəsində ASK prezidenti Məmməd Musayev, İsrail tərəfdən isə MAI-ın sədrinin müavini Natanel Hayman tərəfindən imzalanıb.

Memorandumda iki ölkə arasında biznes missiyalarının səfərlərinin təşkili, qarşılıqlı investisiyaların yatırılması ilə bağlı araşdırmalar, B2B görüşlərin keçirilməsi, özəl sektor arasında əməkdaşlıq imkanlarının inkişafı və təcrübə mübadiləsinin həyata keçirilməsi və sair əməkdaşlıq istiqamətləri nəzərdə tutulur.

Xatırladaq ki, biznes-forum bu gün İsrailin xarici işlər naziri Gideon Saarın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana rəsmi səfəri çərçivəsində keçirilir.

Избранный
88
20
yeniazerbaycan.com

10Источники