Xalq artisti Röya Ayxan jurnalistlərin suallarını cavablandırıb.
Ölkə.az milli.az-a istinadən xəbər verir ki, estrada ulduzu oğlu ilə bağlı maraqlı açıqlama verib. Müğənni bildirib ki, övladı xarici ölkədə təhsil alacaq, lakin bunun müəyyən çətinlikləri var:
"Övladım xaricdə təhsil alacaq. Başqa ölkədə oxumağın öz xərcləri var, bilmirəm kiminlə və harada qalacaq. Amma həftədə yanına getməli olacağam".
Sənətçi açıqlamasında gələcək gəlin mövzusuna da yumorla toxunub:
"İstəyirəm, oradan bir qız tapsın, gəlinim ingilis olsun. Məni başa düşməsin, mən də onu başa düşməyim. Təkcə hi, bəsdir. Dili bilməsəm, mənə şikayət də edə bilməyəcəklər. Özləri dava edib, özləri barışacaqlar", - deyə Xalq artisti zarafatla bildirib.
Röya Ayxanın bu fikirləri sosial şəbəkələrdə maraqla qarşılanıb və müzakirələrə səbəb olub.