RU

“Ərazi məsələsi” Rusiya üçün fundamental əhəmiyyətə malikdir: Kremlin mətbuat katibi Dmitri Peskov

Ukrayna, ABŞ və Rusiya arasında müharibəyə son qoymaq üçün danışıqlar hələ ilkin mərhələdədir və sürətli irəliləyiş gözlənilməməlidir.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib. “İlkin təmaslardan hər hansı əhəmiyyətli nəticə gözləmək səhv olardı. Bu təmasların konstruktiv şəkildə başlaması müsbət qiymətləndirilə bilər. Lakin çox ciddi işlər qabaqdadır”, – deyə o bildirib. O əlavə edib ki, üçtərəfli danışıqların gələn həftə davam etdirilməsi planlaşdırılır, lakin dəqiq tarix hələ müəyyən edilməyib. “Ukrayna ilə bağlı danışıqlarda dostluq ehtimalı azdır, amma əgər onlar davam edirsə, onda nəyəsə nail olmağa çalışmalıyıq”, – deyə Peskov əlavə edib.

Peskov həmçinin danışıqlar prosesinin təfərrüatlarını müzakirə etməkdən imtina edərək, ayrı-ayrı müddəaların müzakirəsini “səhv” adlandırıb. “Bizim mövqeyimiz çox yaxşı məlumdur. “Ankoric formulu” müzakirə edilib və Amerika danışıqçıları ilə, Prezident Trampla anlaşma əldə edilib”, – deyə o əlavə edib.
O, həmçinin “ərazi məsələsinin” Rusiya üçün “fundamental əhəmiyyətə” malik olduğunu bir daha təkrarlayıb.

//Samir Qurbanov, Editor.az

Избранный
17
editor.az

1Источники