RU

Süni intellektdən istifadə zamanı akademik dürüstlük prinsipləri necə qorunmalıdır?

Bakı, 26 yanvar, AZƏRTAC

Süni intellekt alətlərindən istifadə zamanı həm müəllim, həm də şagird prizmasından yanaşılması, akademik dürüstlük prinsiplərinin qorunması qarşımızda duran əsas məqsədlərdən biridir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Təhsil İnstitutunun əməkdaşı iqtisadiyyat üzrə fəlsəfə doktoru Xatirə Dövlətova deyib.

O bildirib ki, fərdiləşdirilmiş öyrənmə üsullarından istifadə etməklə müəllim-şagird münasibətlərinin zəifləməsinin qarşısı alınmalıdır: “Problemin elmi yeniliyi ondan ibarətdir ki, süni intellektin təhsil prosesinə təsiri zamanı virtual köməkçilərdən məqsədyönlü istifadə əsas obyekt kimi qorunub saxlanmalıdır. Bu yanaşma statistik baxımdan “Süni intellekt alətlərinin təhsildə tətbiqinin analizi” adlı məqaləmin analiz hissəsində sübut olunub.

Problemin praktiki əhəmiyyəti isə təhsil siyasəti və pedaqoji praktikada Sİ texnologiyalarından məqsədli və metodoloji əsaslandırılmış istifadənin tədrisin keyfiyyətini artırmaq və öyrənmə nəticələrini yaxşılaşdırmaq üçün effektiv mexanizm olduğunu göstərməsidir”.

 

Избранный
26
azertag.az

1Источники