RU

Bu sözdən istifadə edənlər 800 manat cərimə olunacaq

Vəkil adından qanunsuz istifadəyə görə cərimələrin dispozisiyasındakı dəyişikliklər təsdiq edilib.

 
Sitat.info xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı İnzibati Xətalar Məcəlləsində dəyişikliyi təsdiqləyib.
 
Belə ki, Vəkillər Kollegiyasının üzvü olmayan şəxs tərəfindən gəlir əldə etməklə özünə münasibətdə və ya təşkilatının adında "vəkil" sözündən və bu sözün istifadə edildiyi ifadələrdən, eyni zamanda onların başqa dillərə tərcüməsindən istifadə olunmasına görə fiziki şəxslər 200 manatdan 300 manatadək məbləğdə, vəzifəli şəxslər 600 manatdan 800 manatadək məbləğdə cərimə ediləcək.
 
Əvvəlki qanuna əsasən isə "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanunda nəzərdə tutulmuş qaydada vəkil statusunu əldə etməmiş şəxs tərəfindən gəlir əldə etməklə vəkil adından istifadə olunmasına görə fiziki şəxslər 200 manatdan 300 manatadək məbləğdə, vəzifəli şəxslər 600 manatdan 800 manatadək məbləğdə cərimə edilirdi.
 
///Bakupost.az
Избранный
78
26
sitat.info

10Источники