Xalq şairi Nəriman Həsənzadənin ev şəraitində müalicəsi davam edir.
KONKRET.az bildirir ki, bunu teleqraf-a açıqlamasında Xalq şairi Nəriman Həsənzadənin köməkçisi Arif Mehmandost deyib.
“Şükür Allaha səhhəti yaxşıdır. Xəstəxanadan evə buraxıldıqdan sonra dializləri dayandırılıb”, – Arif Mehmandost əlavə edib.
Qeyd edək ki, Nəriman Həsənzadənin 94 yaşı var. Bir müddət Mərkəzi Klinik Xəstəxanasında müalicə alan Xalq şairi Yeni il ərəfəsində evə buraxılıb.