RU

Kambocada ölən ANAMA əməkdaşı 11 gün əvvəl xəstəxanaya yerləşdirilib

Bakı.Trend:

Kamboca Krallığında keçirilən humanitar minatəmizləməfəaliyyətinə dair beynəlxalq təlimlərdə iştirak edən ANAMA əməkdaşıOrxan Məhərrəmov səhhətində yaranan problemlə əlaqədar vəfatedib.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA)Trend-insorğusuna cavab olaraq bildirilib ki, məlumat verir ki, KambocaKrallığında keçirilən humanitar minatəmizləmə fəaliyyətinə dairbeynəlxalq təlimlərdə iştirak edən ANAMA-nın minaaxtaran itbələdçilərindən biri Orxan Məhərrəmov səhhətində yaranan kəskinproblemlə əlaqədar cari ilin 14 yanvar tarixində həmin ölkədəxəstəxanaya yerləşdirilib.

"O, 18 yanvar tarixində isə Malayziyadakı ixtisaslaşmışxəstəxanaya təxliyə edilib. Həkimlərin səylərinə baxmayaraqəməkdaşın həyatını xilas etmək mümkün olmayıb və 25 yanvartarixində vəfat edib.

Məsələ ilə bağlı bir neçə gün öncə Malayziyaya ezam olunan ANAMAəməkdaşları Orxan Məhərrəmovun nəşinin ölkəmizə gətirilməsi üçünMalayziyadakı Səfirliyimizin dəstəyi və sözügedən təlimlərintəşkilatçıları ilə koordinasiya etməklə müvafiq tədbirlər həyatakeçirirlər".

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi əməkdaşınhəyatını itirməsindən kədərləndiyini bildirir, mərhumun ailəsinədərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!

Məqalədə:
Избранный
150
5
az.trend.az

10Источники