RU

Qurban Qurbanov “Liverpul”la oyunda onlardan yararlana bilməyəcək 

“Qarabağ” UEFA Çempionlar Liqası Liqa mərhələsinin sonuncu oyununa bir itki ilə çıxacaq.

İdmanxeber.az-ın məlumatına görə, Ağdam təmsilçisində zədəli Şahruddin Məhəmmədliyev meydana çıxa bilməycək. Uzun müddətdir zədəli olan qolkiper bu matçı da buraxır.

Digər zədəli futbolçu Kari Borges sağalsa da, İngiltərə klubuna qarşı çıxış edə bilməyəcək. Çünki onun adı, ÇL-in iştirak ərizəsindən çıxarılıb.

“Liverpul” – “Qarabağ” qarşılaşması yanvarın 28-də, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

 

Избранный
5
idmanxeber.az

1Источники