RU

Rəhim Sadıxov 30-a çatdı

“Turan Tovuz”un futbolçusu Rəhim Sadıxov ölkə çempionatlarının yüksək dəstəsində 30-cu qolunu vurub.

"Football-plus.az" xəbər verir ki, onun yubileyi Misli premyer-liqasının 17-ci turuna təsadüf edib.

Sadıxov “Sumqayıt”la ev oyununda qələbə topunun müəllifi olub. O, 30-cu qolunu 185-ci matçında vurub. Yarımmüdafiəçi “Sumqayıt”da 17, “Zirə”də 10, “Turan Tovuz”da üç dəfə fərqlənib.

Rəhim çempionatın tarixində yüksək liqada 30 və daha çox qol vuran 104-cü oyunçudu. O, eyni sayda fərqlənən Kamal Quliyev, Ceyhun Sultanov, Orxan Əliyev və Valter Quqlemonla 100-cü yerə şərikdi.

Избранный
87
2
football-plus.az

8Источники