Bakı. Trend:
Milli Məclisin sədri Sahibə Qafarova Bəhreyn Krallığına işgüzarsəfəri çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin Federal MilliŞurasının sədr müavini Tariq Humaid Al Tayer ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindənTrend-ə verilənməlumata görə, görüş zamanı iki ölkə liderlərinin rəhbərliyialtında bütün istiqamətlər üzrə hərtərəfli strateji tərəfdaşlıqsəviyyəsinə yüksəlmiş əlaqələrin uğurla inkişaf etdiyi qeyd olunub,parlamentlərin fəaliyyəti və verdiyi töhfələr xüsusivurğulanıb.
Bildirilib ki, spiker Sahibə Qafarova qarşılıqlı rəsmisəfərlərin, eləcə də parlamentlər arasında imzalanmış AnlaşmaMemorandumuna uyğun olaraq əlaqələrin inkişafının önəmini qeydedib. Söhbət zamanı beynəlxalq təşkilatlar, o cümlədən AsiyaParlament Assambleyası (APA) çərçivəsində əməkdaşlığın yüksəksəviyyədə olmasından razılıq ifadə olunub.
Görüşdə Sahibə Qafarova Milli Məclisin APA-ya iki illik sədrliyidövründə BƏƏ parlamentinin nümayəndə heyətinin göstərdiyi dəstəyəgörə təşəkkürünü bildirib, APA-nın parlamentlərarası əlaqələringenişləndirilməsi üçün ümumi və səmərəli platforma olduğunuvurğulayıb. Söhbətdə Milli Məclisin APA-ya uğurlu sədrliyi xüsusiləqeyd edilib.
Görüşdə parlamentlərarası əməkdaşlığın bundan sonra daqarşılıqlı etimad və tərəfdaşlıq prinsipləri əsasında uğurla davametdiriləcəyinə əminlik ifadə olunub.