RU

“Egey İxracatçı Birlikləri” 2025-ci ilin “İxracat Ulduzları”nı açıqlayıb

Petkim “Egey İxracatçı Birlikləri”nin (EİB) “İxracatın Ulduzları 2025” siyahısında həm ümumi reytinqdə, həm də kimya sənayesi kateqoriyasında birinci yerdə mövqeyini qoruyaraq Egey bölgəsinin ixracat çempionu olub.

Türkiyənin ən böyük birbaşa xarici investoru və ən iri inteqrasiya olunmuş sənaye qrupu olan “SOCAR Türkiyə”nin qrup şirkətlərindən olan Petkim ixracatda əldə etdiyi uğurlarla sektorda lider mövqeyini davam etdirir. “Egey İxracatçı Birlikləri”nin “2025 İxracatın Ulduzları siyahısı”nın nəticələrinə əsasən, Petkim həm ümumi kateqoriya üzrə, həm də kimya sənayesi kateqoriyasında ilk sırada qərarlaşıb.

Petkim Egey bölgəsinin ixracat qalibi olub

“Egey İxracatçı Birlikləri”nin “İxracatın Ulduzları” mükafatlandırma mərasimində Petkimin mükafatı şirkətin baş direktoru, eyni zamanda “SOCAR Türkiyə”nin Emal və Neft-Kimya biznes vahidinin rəhbəri və “Petkim”in baş direktoru Kənan Mirzəyevə təqdim edilib.

Türkiyənin ilk və yeganə inteqrasiya olunmuş neft-kimya şirkəti olan Petkim 2025-ci ilin sonunadək həyata keçirdiyi ixrac həcminə görə Egey bölgəsinin ixracat çempionu adını qazanıb. Şirkət Egey bölgəsinin və bütövlükdə Türkiyənin iqtisadi inkişafına töhfə verməkdə davam edir.

Orxan Vahidoğlu, “İki sahil”

Избранный
46
1
ikisahil.az

2Источники