AFFA iki klubu texniki məğlubiyyətlə cəzalandırıb.
"Football-plus.az" xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Region Liqasında yanvarın 18-nə təyin olunan "Hacıqabul" – "Bakı TFK" matçı qonaqların gəlməməsi səbəbindən baş tutmayıb. Nəticədə "Bakı TFK" komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.
Eyni tarixdə Yüksək Qızlar Liqasında keçirilməli olan "Zaqatala QFK" – "Baku Juniors" qarşılaşmasında da oxşar hal yaşanıb. "Baku Juniors" kollektivi təyin olunan vaxtda meydanda olmadığı üçün 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıb.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта