RU

"Canımdan bezmişəm" - Generalın oğlu keçmiş sevgilisini təhdid edir (VİDEO)

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sabiq rəis müavini, general-mayor Novruzəli Orucovun oğlu Rüstəm Orucovun keçmiş sevgilisi Nərmin Xudaverdiyanı təhdid etdiyi iddia olunur.

"Unikal" xəbər verir ki, N.Xudaverdiyeva bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

O, R.Orucovla 1 ildən çox müddətdəmünasibətdə olduğunu deyib: "Rüstəm mənə evlilik təklif etmişdi, lakin hər münasibətdə problem olduğu kimi, bizdə də bəzi məsələlər oldu, ayrıldıq. Oktyabrdan isə yeni münasibətə başladım. Bunu öyrənən Rüstəm Orucov məni təhdid etməyə başladı. O, bunu həzm etməyərək evimizə gəlib maşınıma ziyan vurur, məni təhqir edib. Haqqımda neqativ fikirlər səsləndirib. Bu günə qədər polisə şikayət etməmişəm. Dünən isə mənim adımdan feyk profil açaraq özünə ondan ötrü darıxdığımı yazıb və hazırda münasibətim olduğu insana göndərib. Təbii ki, burada məqsəd bizim münasibətimizi bitirmək olub. Artıq canımdan bezmişəm, yaşamaq istəmirəm. Keçmiş məmurun övladı olduğuna güvənib məni əzməyi düşünür".

Xatırladaq ki, Rüstəm Orucov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sabiq rəis müavini, general-mayor Novruzəli Orucovun oğludur. O, 2017-ci ildə xuliqanlıq ittihamı ilə həbs edilmiş və sonradan məhkəmə tərəfindən həbs cəzasına məhkum olunub.

Избранный
41
unikal.az

1Источники