Qeyd edilən şəxsin praktik tibbi fəaliyyətlə məşğul olmasını təsdiqləyən faktlar mövcuddursa, bununla bağlı Analitik Ekspertiza Mərkəzinə rəsmi müraciət edilməsi məqsədəuyğundur. Daxil olan müraciət qanunvericiliyə uyğun şəkildə araşdırılacaq və zərurət yarandığı halda müvafiq tədbirlər görüləcək. Ajans.az-ın araşdırmasından sonra klinika rəsmi İnstagram hesabından Günel Əşrəfovaya məxsus poster silinmişdir.
Əlavə olaraq, qeyd edək ki, “ BOULEVARD MEDICAL CENTRE” klinikasının rəhbərinin Sumqayıt şəhər icra başçısı Zakir Fərəcovun qızına aid olduğu iddia edilir.