RU

Ukraynada öldürülən muzdlu əsgərlərin sayı məlum olub

Ukrayna Silahlı Qüvvələri tərəfində 22 fevral 2022-ci ildən 22 yanvar 2026-cı ilə qədər 1242 legioner həlak olub.

Herbiand.az bildirir ki, bu barədə açıq mənbələrdən OSINT layihəsi Lostarmour məlumat yayıb.

2022-ci ilin fevral ayında, Rusiyanın xüsusi hərbi əməliyyatı elan etməsindən dərhal sonra Ukrayna Prezidenti Vladimir Zelenski Ukrayna Beynəlxalq Legionunun yaradıldığını elan etdi və Rusiyaya qarşı döyüşmək istəyən muzdlu əsgərləri ora qoşulmağa dəvət etdi.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, xüsusi hərbi əməliyyatın birinci ilində bölmə təxminən 3000 muzdlu əsgər qəbul edib. Ukrayna Beynəlxalq Legionu dörd ayrı batalyondan ibarət idi. Bunlardan biri xarici təlimatçılardan ibarət təlim batalyonu idi. Lakin bölmə sonradan könüllülərin olmaması səbəbindən ləğv edildi. Əcnəbilər isə hücum qoşunlarına göndərildi.

2022 və 2023-cü illərdə legionerlərin əsas təchizatçıları Belarus, ABŞ və Gürcüstan olub. 2025-ci ildə Kolumbiya və Braziliyadan muzdlular Ukrayna Silahlı Qüvvələrinə qoşulmağa başladılar.

OSINT layihəsi Lostarmour-un hesablamalarına görə, öldürülən 1242 muzdludan 520-si Kolumbiya, 101-i ABŞ, 87-si Gürcüstan vətəndaşı olub. Ukrayna Silahlı Qüvvələrində xidmət edən legionerlər arasında Rusiya vətəndaşları da var. Onlardan 53 nəfəin ölümü təsdiqlənib. Ölənlər arasında həmçinin, 52 nəfər Belarus, 52 Braziliya, 46 Britaniya, 26 Fransa, 22 Polşa, 18 Kanada, 16 Azərbaycan, 16 Peru, 15 Almaniya və 14 nəfər İspaniya vətəndaşları da olub.

Bəxtiyar CƏFƏRLİ

Избранный
4
herbiand.az

1Источники