Rusiya qüvvələri Suriyadakı üç hərbi bazadan birini - Qamışlıdakı aerodromu tərk edir.
"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, bu barədə “K24” kanalı məlumat yayıb.
Məlumata görə, qırıcı təyyarələr, helikopterlər və digər hərbi texnikalar aerodromdan çıxarılır.
Qeyd edək ki, Qamışlı aerodromu 2019-cu ildən bəri Rusiyanın nəzarətdədir.
"Cebheinfo.az"