RU

Növbəti köç karvanları Xocalının Badara və Seyidbəyli kəndlərinə çatıb - Yenilənib

Xocalı rayonunun Badara və Seyidbəyli kəndlərinə yola salınan köç karvanları mənzil başına çatdı...

Poliqon xəbər verir ki, Ağdamın Dördyol adlanan ərazisindən Xocalı rayonunun Badara və Seyidbəyli kəndlərinə yola salınan köç karvanı mənzil başına çatıb.

Mənzil başına çatan ailələrə sahib olduqları mənzillərin açarları təqdim ediləcək.

Qeyd edək ki, bu köç də nəzərə alınmaqla Badara kəndinə ümumilikdə 73 ailə 286 nəfər, Seyidbəyli kəndinə isə ümumilikdə 69 ailə 250 nəfər qayıdıb. Bununla da Xocalı rayonu üzrə ümumi məskunlaşma 906 ailə, (3700 nəfər) çatdırılıb.

***

Xocalı rayonunun Badara və Seyidbəyli kəndlərinə növbəti köç karvanları yola salınıb.

APA-nın Qarabağ bürosu xəbər verir ki, bu mərhələdə Badara kəndinə 15 ailə - 66 nəfər, Seyidbəyli kəndinə isə 10 ailə - 34 nəfər köçürülür.

Badara və Seyidbəyli kəndlərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Poliqon.info

Избранный
72
12
poliqon.info

10Источники