RU

Növbəti köç Badara və Seyidbəyli kəndlərinə çatıb, açarlar təqdim edilib – YENİLƏNİB-2

Növbəti köç karvanları Xocalı rayonunun Badara və Seyidbəyli kəndlərinə çatıb, sakinlərə açarlar təqdim olunub.

"Far.Az"un Xocalıya ezam olunan əməkdaşı xəbər verir ki, Xocalı rayonunun Badara və Seyidbəyli kəndlərinə köç edən sakinlər evlərinin müasir tələblər səviyyəsində yenidən qurulması, hər cür şəraitlə təmin olunması barədə məlumatlandırılıb.

ANAMA əməkdaşları sözügedən kəndlərə qayıdan sakinləri mina təhlükəsizliyi qaydaları haqqında təlimatlandıraraq onlara müvafiq bukletlər təqdim ediblər.

Qeyd edək ki, bu köçlə Xocalı rayonunda məskunlaşdırılan ailələrin sayı 906-a (3 min 700 nəfər) çatıb.

Badara və Seyidbəyli kəndlərinə yola salınan 25 ailədən ibarət növbəti köç Xocalı şəhərinə çatıb.

"Far.Az"un Xocalıya ezam olunan əməkdaşı xəbər verir ki, qarşılama mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak ediblər.

Qeyd edək ki, bu mərhələdə Badara kəndinə 15 (66 nəfər), Seyidbəyli kəndinə isə 10 ailənin (34 nəfər) daimi qayıdışı təmin olunub.

Xocalı rayonunun Badara və Seyidbəyli kəndlərinə ümumilikdə daha 25 ailə yola salınıb.

"Far.Az"un Qarabağ bürosu xəbər verir ki, Badara və Seyidbəyli kəndlərinə köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Badara kəndinə 15 (66 nəfər), Seyidbəyli kəndinə isə 10 ailənin (34 nəfər) daimi qayıdışı təmin edilib.

Bununla da Badara kəndinə daimi qayıdan ailələrin sayı 73-ə (286 nəfər), Seyidbəyli kəndinə qayıdan ailələrin sayı isə 69-a (250 nəfər) çatacaq.

Qeyd edək ki, Xocalı rayonu üzrə ümumi məskunlaşma 906 ailə (3 min 700 nəfər) təşkil edib.

Избранный
47
12
far.az

10Источники