RU

Sabiq nazirin oğluna hökm oxundu 

Azərbaycanın sabiq iqtisadi əlaqələr naziri Qüdrət Quliyevin ABŞ-də yaşayan oğlu Murad Quliyevə qiyabi hökm oxunub.

“Yeni Sabah” Gununsesi.info-ya istinadla bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Murad Quliyev  qiyabi olaraq 6 il müddətinə azadlıqdan məhrum edilib.

O, Cinayət Məcəlləsinin 281.2-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar; eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirli bilinib.

Cinayət işində iddia olunur ki, bloger müxtəlif illərdə sosial media hesablarında Azərbaycanda “qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı zor tətbiqi çıxmağı təşviq edən açıq çağırışlar” yayıb.


Telegram kanalımız
Избранный
72
1
yenisabah.az

2Источники