Ajans.az xəbər verir ki, Kəlbəcər rayon sakini 2009-cu il təvəllüdlü İ.Allahverdiyev huşsuz vəziyyətdə xəstəxanaya çatdırılıb. Xəstəxanda müayinə zamanı onun öldüyü məlum olub.
İlkin məlumata görə, yeniyetmənin repetitor yanında hazırlıqda olan zaman halı pisləşib. Onun ürək tutmasından öldüyü ehtimal edilir.