RU

XİN rəhbəri Azərbaycanda olan çoxsaylı yəhudi icmasının əhəmiyyətini qeyd edib

"İki dövlət arasında olan münasibətlərdən danışarkən Azərbaycanda olan çoxsaylı yəhudi icmasını qeyd etməyə bilmərik. Eyni zamanda İsraildə olan diasporanın böyük hissəsi Azərbaycandan ora köçənlərdir. Onların da iki ölkə arasında münasinətlərə müsbət təsiri var”.

APA xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İsrail xarici işlər naziri Gideon Saarla birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, təsadüfi deyil ki, cənab nazirin də dünən səfərad yəhudi icması nümayəndələri ilə görüşlə başlayıb: “Sabah Holokos qurbanlarının anım günüdür. Biz onları anırıq, yad edirik".

Избранный
143
1
apa.az

2Источники