RU

Ramin Bayramlı sədr seçildi


Azərbaycan Klinik Laboratoriya Mütəxəssisləri İctimai Birliyinin İdarə Heyətinin yeni tərkibi formalaşıb.

"Unikal"ın əldə etdiyi məlumata görə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sabiq sədri Ramin Bayramlı sözügedən İctimai Birliyin sədri seçilib.

Qeyd edək ki, R.Bayramlı 2019-cu ildə TƏBİB-in sədri vəzifəsinə təyinat almışdı. 2021-ci il sentyabrında isə istefa verərək işdən ayrılıb.

Избранный
57
30
medicina.az

10Источники