RU

İcarəyə götürdüyü maşında yuxulayıb qəza törətdi, QIZI ÖLDÜ

Ajans.az xəbər verir ki, oxu.az-ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə R.Həsənov 3 il 6 ay azadlıqdan məhrum edilib. Məhkəmə ona Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək, cəzasını şərti hesab edib.

İttihama görə, hadisə ötən il sentyabrın 9-da baş verib. Rahib Həsənov "Rent-a-car"dan icarəyə götürdüyü "Daewoo Nexia" avtomobili ilə ailə üzvlərini istirahətdən gətirərkən Naxçıvan-Ordubad avtomobil yolu ilə Ordubad rayonu istiqamətində hərəkətdə olarkən sükan arxasında yuxulayıb və avtomobil idarəetmədən çıxaraq dərəyə aşıb. Hadisə nəticəsində sürücü, onun həyat yoldaşı, anası və övladlarından biri xəsarət alıblar, qızı Rüqəyya Həsənova isə dünyasını dəyişib.

Избранный
43
3
Ajans.az

4Источники