RU

ƏMƏK PENSİYALARI BU QƏDƏR ARTIRILACAQ Deputat məbləği açıqladı

Mia.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Dövlət Statistika Komitəsinin son məlumatına görə, 2025-ci ildə illik inflyasiya səviyyəsi 5.6 faiz olub".

Mia.az xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov sosial media hesabında şərh verib.

Onun sözlərinə görə, əgər vətəndaşın 40 min manat pensiya kapitalı varsa, onun yığımına 2 min 240 manat əlavə olunacaq: “Nəticədə həmin vətəndaşın pensiya kapitalı 42 min 240 manat olacaq. Pensiya kapitalının indeksləşdirilərək artırılması ilə bağlı gələn ayın əvvəllərində Prezident tərəfindən sərəncam imzalanacağı gözlənilir. Bununla da istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq, sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində 2026-cı il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsi həyata keçiriləcək”.

Deputat deyir ki, pensiya kapitalının indeksləşdirilməsi yığılan pulların inflyasiyadan qorumaq məqsədi daşıyır: “Məqsəd həmin vəsaitlərə qiymət artımlarının təsirlərini minimumlaşdırmaqdadır. Pensiya kapitalının indeksləşdirilməsi ilə pensiyaların indeksləşdirilərək artırılması eyni anlama gəlməməlidir. Pensiya kapitalı inflyasiya səviyyəsinə, əmək pensiyaları isə əvvəlki ildə orta aylıq əməkhaqlarında artım faizinə uyğun olaraq artırılır.

Pensiya kapitalında artım 5.6 faiz olsa da, əmək pensiyalarının 9.2 faiz artacağı gözlənilir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
59
45
mia.az

10Источники