Xalq artisti Flora Kərimova müğənni Röya ilə bağlı qalmaqallı açıqlama verib.
News365.az xəbər verir ki, o, Röyanın qızına ünvanladığı sözləri bağışlamadığını bildirib.
Flora Kərimovanın sözlərinə görə, Röya onun qızına “ananıza yiyə durun” deyə müraciət edib. Xalq artisti bu ifadəni təhqir kimi qəbul etdiyini və buna görə Röyanı bağışlamadığını vurğulayıb.
“Mən heç nəyi unutmuram. Qisas alıram. Bu sözə görə Röyanı bağışlamadım. Amma qisasımı da çıxdım”, – deyə Flora Kərimova bildirib.
News365.az