Newscenter.az saytına istinadən ain.az xəbər verir.
“Cey Di Vens vitse-prezident kimi son 20 ilə yaxın müddət ərzində ABŞ-dan Azərbaycana səfər edən yüksək səviyyəli rəsmilərdən biridir. Bu Amerika-Azərbaycan əlaqələrində yeni bir dinamikadır”.Bu fikirləri Newscenter.az-a siyasi şərhçi Məhəmməd Əsədullazadə Birləşmiş Ştatların vitse-prezidenti Cey Di Vensin Azərbaycana nəzərdə tutulan səfərini şərh edərkən deyib. O bildirib ki, son 30 ildə heç vaxt Azərbaycanla Birləşmiş Ştatlar arasında münasibətlər indiki kimi yüksək səviyyədə olmayıb:
“Bu, Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni geosiyasi nizamın nəticəsidir. Həmçinin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin regionda yaratdığı təhlükəsizlik və sülh mühitindən irəli gəlir”.Qeyd edək ki, Birləşmiş Ştatların vitse-prezidenti Cey Di Vensin yaxın vaxtlarda Cənubi Qafqaz regionuna səfəri çərçivəsində Azərbaycan və Ermənistanda olacağı bildirilir. Süleyman
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.