BAKI, 26 yanvar. TELEQRAF
Ötən il ərzində alkoqollu içkilərin dövriyyəsi üzrə aparılan nəzarət tədbirləri çərçivəsində müxtəlif növ 8 197 ədəd saxta alkoqollu içki aşkarlanaraq satışdan kənarlaşdırılıb.
Teleqraf xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Əziz Şərifov agentliyin 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
O bildirib ki, qanunsuz fəaliyyətlərin müəyyən edildiyi bütün hallarla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb.