RU

"Mədə problemləri həmişə qidadan qaynaqlanmır"


Sitrus meyvələri, qəhvə, qazlı içkilər və ədviyyatlı qidalar ürək yanması və reflüksə səbəb ola bilər. Lakin, hər mədə eyni şəkildə reaksiya vermir.

Medicina.az xəbər verir ki, sitrus meyvələri, qəhvə, qazlı içkilər və ədviyyatlı qidalar tez-tez ürək yanması və reflüks ilə əlaqələndirilsə də, mütəxəssislər turşulu qidaların hər kəsə eyni təsir göstərmədiyini söyləyirlər.



Türkiyəli qastroenteroloq prof. Murat Sarıkaya, mədə sağlamlığının qorunmasında yalnız nə yediyimizin deyil, həm də onu necə və nə vaxt istehlak etdiyimizin vacib olduğunu vurğulayıb:

"Qıcqırma, sinədə yanma və reflüks simptomları bir çox insan üçün həyat keyfiyyətini aşağı salır.

Lakin, turşulu qidalar həmişə bu şikayətlərin səbəbi olmur.

Normal və sağlam mədədə turşulu qidaların təkbaşına ürək yanmasına və ya reflüksə səbəb olmur. Mədə turşusu zülalların həzm olunması, B12 vitamini və dəmirin mənimsənilməsi üçün vacibdir və bakteriyalara qarşı qoruyucu rol oynayır. Lakin, bəzi hallarda turşulu qidalar mövcud zərəri artıra bilər.

Əgər Helicobacter pylori infeksiyası və ya ağrıkəsicilərdən mədə zədələnməsi varsa, turşulu qidalar bu zərərin təsirini artıra bilər. Bəzi insanlarda mədə həssaslığı heç bir zədələnmədən belə inkişaf edə bilər".



Turşulu qidaları tamamilə qadağan etməyin vacib olmadığını vurğulayan Prof. Dr. Sarıkaya bildirib:

"Bu tip qidalar mümkün olduqda tox mədədə istehlak edilməlidir.

Turşulu və qazlı qidalar mədə və qarın ağrısı, sinənin ortasında yanma, ağızda acı-turş dad, şişkinlik və qaz, gecə öskürəyi, səs xırıltısı və ishal kimi simptomlara səbəb ola bilər.

Bu şikayətlər hər bir fərddə eyni şəkildə özünü göstərmir və hər qida hər bir insana eyni təsir göstərmir".


Prof. Dr. Sarıkaya reflüks və ürəkbulanma yaşayanlara vacib məsləhətlər verib. Sarıkaya bildirib:

"Gecələr gec yeməkdən çəkinmək, yatmazdan ən azı 3 saat əvvəl yeməyi dayandırmaq və yeməkdən dərhal sonra uzanmaq olmaz.

Pəhriz və həyat tərzi dəyişikliklərinə baxmayaraq simptomları davam edən xəstələr üçün dərmanlara müraciət edirik.

Udmaqda çətinlik, qeyri-iradi çəki itkisi, qusma, anemiya, qara nəcis və ya gecə yuxudan oyandıran ağrı varsa, mütləq endoskopik müayinə aparılmalıdır".

Aygün
Medicina.az


Избранный
12
1
medicina.az

2Источники