RU

Rəqsanə Qumraldan danışdı: Erməni deyil ki...

Rəqsanə İsmayılova Qumralın oxuduğu “Dünya sənin, dünya mənim” ifasının “YouTube”dən silinməsinə münasibət bildirib.

“Yeni Sabah” xəbər verir ki, ifaçı ortalığı qatanların olmadığı halda, Xalq artistinin mahnını sildirməyəcəyini bildirib:

“Əks halda, elə bir şey edəcəyini düşünmürəm. Məncə, o, Qumralın oxumağına icazə verərdi. Mən də dəfələrlə Hikmət Aslanovun mahnılarını oxumuşam. Lakin sonda ifa etdiyim bir mahnını o da sildirdi. Düşünmürlər ki, millətimizin qızıdır, öz övladımızdır. Erməni deyil ki, mahnıdır da qoyun oxusun”. 

Xatırladaq ki, Qumral bir müddət əvvəl Niyaməddin Musayevin “Dünya sənin, dünya mənim” mahnısını oxuyub və sözləri təhrif edib. Xalq artistinin qızı Röya isə Qumralın ifasını “YouTube”dən sildirib. 

Aydan Hacı 


Telegram kanalımız
Избранный
59
yenisabah.az

1Источники