RU

Meksikada silahlı hücum: 11 nəfər ölüb

Meksikanın mərkəzində həvəskar futbol oyunu zamanı silahlı insident yaşanıb.

“İki sahil” xəbər verir ki, nəticədə azı 11 nəfər ölüb, 12 nəfər isə yaralanıb.

Məlumata görə, hücum Meksikanın mərkəzində yerləşən Quanaxuato ştatının Salamanca şəhərində baş verib.

İki avtomobillə hadisə yerinə gələn bir neçə silahlı şəxs futbolçulara və tamaşaçılara atəş açıblar.

On nəfərin hadisə yerində, daha bir nəfərin isə sonradan xəstəxanada öldüyü deyilir.

Избранный
43
ikisahil.az

1Источники