RU

Çin əhalisinin sayı azalır



Çində əhalinin sayı ardıcıl olaraq dördüncü ildir azalır. 2025-ci ildə bu göstərici 3 milyon 390 min azalaraq 1 milyard 405 milyona düşüb.

aia.az ölkənin Milli Statistika Bürosuna istinadən xəbər verir ki, ötən il Çində 7 milyon 920 min uşaq doğulub.

Bu, son onilliklərdə qeydə alılnmış ən aşağı göstəricidir. Ölüm halları isə 2024-cü ildə olduğundan yüksək olub – 11 milyon 310 min.

Çin əhalisinin sayı son 60 ildə ilk dəfə 2022-ci ildən azalmağa başlayıb. Həmin il azalma 850 min, növbəti iki ildə isə ümumilikdə 3 milyondan çox olub.

aia.az



Избранный
134
6
aia.az

6Источники