Yolların vaxtında təmizlənməməsi, rayon icra hakimiyyətinin və aidiyyatı qurumların səhlənkarlığı səbəbilə Lerik rayonunun onlarla kəndində, o cümlədən Çayrud, Veri, Andırma və Rıvarud kəndləri ilə rayon mərkəzi arasında nəqliyyat əlaqəsi hələ də tam bərpa olunmayıb.
Sakinlərin sözlərinə görə, yayılan videolarda göstərilən yol təmizləmə, qum və duz səpilməsi görüntüləri sadəcə görüntü xatirinədir. Həmin paylaşımlar guya qurumların işlədiyini, xidmət göstərdiyini nümayiş etdirməyə hesablanıb. Reallıqda isə yollar bağlı qalır, kəndlər faktiki olaraq təcrid vəziyyətindədir.
Araşdırmalarımız zamanı müəyyən etdik ki, Lerikdə yolların guya təmizlənməsi və qum-duz səpilməsi ilə bağlı paylaşılan videolarda tarix, konkret məkan qeyd olunur. Balaca bir maşında 3 lapatka qumu yola səpib çəkmək, bunu "xidmət edirik" kimi şişirdilmiş formada yaymaq hansı maraqlara xidmət edir? Axı real vəziyyət hamamilə fərqlidir. Yayılan materiallar real vəziyyəti əks etdirmir, sadəcə görüntü yaratmaq məqsədi daşıyır.
Lerik Rayon İcra Hakimiyyəti və onun başçısı Əkbər Abbasov yaranmış problemin həlli istiqamətində real addımlar ata bilmir. Yolun təmizlənməsi, qum və duz səpilməsi bir “xidmət” deyil, birbaşa vəzifə borcudur. Bunu video çəkib yaymaqla kimə nə sübut etmək istəyirlər?
Əkbər Abbasov həqiqətən xidmət edir, yoxsa sadəcə görüntü yaradır, şou göstərir?
Bizimeser.az