RU

Peyvəndi olmayan ölümcül VİRUS YAYILIR

Ajans.az xarici KİV-ə istinadla bildirir ki, son məlumatlara görə, yeni təsdiqlənmiş üç yoluxan arasında həkim, tibb bacısı və başqa bir səhiyyə işçisi var. Epidemiya ştat paytaxtından 24 kilometr aralıda yerləşən Barasatdakı özəl Narayana Xəstəxanasında lokallaşdırılıb. Yerli rəsmilərin sözlərinə görə, tibb bacılarından birinin vəziyyəti kritik hesab olunur və o, komadadır. İlkin məlumata görə, qadın ağır tənəffüs əlamətləri olan xəstəyə qulluq edərkən yoluxub və nəticədə xəstə test nəticələri məlum olana qədər ölüb. İnfeksiyanın yayılması təhlükəsi səbəbindən 180 nəfər hakimiyyətə qarşı etiraz aksiyası keçirib. Yoluxmuş şəxslərlə yüksək riskli təmasda olan daha 20 nəfər ciddi karantinə alınıb.
Избранный
14
2
Ajans.az

3Источники