RU

İraq bu ölkə ilə sərhəd boyunca beton divar tikir

İraq Suriya ilə sərhəd boyunca beton divarın tikintisini yekunlaşdırmaq üzrədir.

Bu barədə İraq Silahlı Qüvvələrinin Baş Komandanının sözçüsü Sabah ən-Numan bildirib.

“Silahlı Qüvvələrin Baş Komandanı Suriya ilə beton divarın tikintisinin başa çatdırılması ilə bağlı göstəriş verib və hazırda işlərin 80 faizi tamamlanıb”, - Numan vurğulayıb.

Qeyd olunub ki, divar termal kameralarla təchiz olunub və bununla yanaşı, sərhədboyu tikanlı məftillər qurulub və xəndəklər qazılıb.

Избранный
98
12
news365.az

10Источники